EN

İstanbula uçan təyyarə Bakıda məcburi eniş edib

İstanbula

"Turkish Airlines" aviaşirkətinə məxsus, Aşqabad-İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Reyting.az
aeroporta istinadla bildirir ki, təyyarə yerli vaxtla saat 08:30-da təhlükəsiz şəkildə Bakı hava limanına enib.

Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək göstərir.
Chosen
5
46
reyting.az

10Sources