EN

Zaqatala rayonunda şəhidlərimizin əziz xatirəsi yad olunub -Fotolar



Zaqatala rayonunda Anım Günü tədbirləri ərəfəsində şəhidlərimizin əziz xatirəsi yad olunub. Millət vəkili Asif Əsgərov Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının müavini ilə birlikdə Faldarlı və Qandax kəndlərində şəhidlərin məzarlarını və xatirə komplekslərini ziyarət edib.

Millət vəkili Asif Əsgərov şəhidlərimizin qəhrəmanlıq yolundan danışaraq, onların vətən uğrunda göstərdikləri fədakarlığın xalqımız üçün daim qürur mənbəyi olduğunu vurğulayıb. O, şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların fikirlərini dinləyib və dövlətimizin bu ailələrə göstərdiyi xüsusi diqqət və qayğını bir daha qeyd edib.

Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub, kənd ictimaiyyəti də tədbirdə iştirak edib.
Sonda kənd sakinləri və şəhid ailələri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.



Chosen
21
1
aia.az

2Sources