EN

Azərbaycan MDB Oyunlarında boks yarışlarında 37 idmançı ilə iştirak edəcək

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ilk dəfə keçiriləcək MDB Oyunlarında boks yarışlarına sentyabrın 29-da start veriləcək.

Hafta.az Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizə oktyabrın 5-də başa çatacaq və milli komandamız 37 idmançı ilə iştirak edəcək.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədov sayca III Oyunlarda 2 heyətə güvənəcək. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda rinqə çıxacaq idmançılar arasında Qardaş Rəhimov, Əli Ruşanov (hər ikisi 46 kq), Əli Əliyev, Həsən Sahratlı (hər ikisi 48 kq), Ayxan Həsənov, Məhəmmədəli Kərimli (hər ikisi 50 kq), Əli Abaslı, Hüseyn Quliyev (hər ikisi 52 kq), İbrahim Bədəlli, Sadiq Musayev (hər ikisi 54 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Şahin Aslanov, Toğrul Quliyev (hər ikisi 60 kq), Haqverdi Həsənov, Məhəmmədəli Rüstəmov (hər ikisi 63 kq), Dəniz Rüstəmov, Nurlan Süleymanov (hər ikisi 66 kq), Adil Zalov, Hidayət Məmmədov (hər ikisi 70 kq), Şükar Əliyev, Nicat İmanov (hər ikisi 75 kq), İsmayıl Vəliyev, Turqay Abbasov (hər ikisi 80 kq), Səfdər Məmmədzadə və İbrahim Nağıyev (+80 kq) yer alacaq.

 Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev və məşqçi Elnur Piriyev Aysel Fərəcova, Aylin Nəzərova (hər ikisi 46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı, Sima İsmayılova (hər ikisi 50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Azərpur Mirruqəyya (57 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovaya (66 kq) rinqdə şans verəcəklər.

Yarışda Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan və Qırğızıstanın 161 boksçusu qüvvəsini sınayacaq. Qız idmançıların final görüşü oktyabrın 4-də, oğlanların həlledici döyüşləri isə ertəsi gün baş tutacaq.

Döyüşləri Azərbaycanın 15, Belarus, Rusiya, Özbəkistan, Tacikistan və Türkmənistanın hərəyə 1 hakimi idarə edəcək. III MDB Oyunlarının supervayzeri Emil Qurbanəliyev, baş hakimi isə Anar Babanlı olacaq.

Chosen
27
11
hafta.az

10Sources