EN

Paşinyan BMT-nin Baş katibi ilə görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

 

Senzor.az bildirir ki, tərəflər cari il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının vacibliyini qeyd edib və bunun Cənubi Qafqazda sabitliyə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

 

Bundan əlavə, Paşinyan və Quterreş 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə 17-ci Konvensiyasının təşkili və bu sahədə əməkdaşlığı müzakirə ediblər. 

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Chosen
38
16
senzor.az

10Sources