Albaniya çempionatında 5-ci turun oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” səfərdə “Bilis”lə qarşılaşıb. Matçda qonaqlar 1:3 hesabı ilə məğlub olublar.
İsgəndərli görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunu 20-ci dəqiqədə penaltidən vuraraq hesabı açıb.
Qeyd edək ki, bu, futbolçunun mövsümdə vurduğu növbəti qol olub.