EN

Bakıda çoxmərtəbəli binada yanğın olub: 5 nəfər təxliyə edilib

Bakı şəhərinin Nəsimi rayonunda, çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Far.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-ü uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
27
22
far.az

10Sources