Stolüstü tennisçilər Yağmur Məmmədli və Aylin Əsgərova III MDB Oyunlarının bürünc mükafatına layiq görülüblər.
Day.Az xəbər verir ki, bu gün keçirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1:3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3:0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib. İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov-Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.