Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına start verilib.
Redaktor.az xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan yarışın açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları üz-üzə gəliblər.
Oyuna başlamazdan əvvəl Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndirilib.
Qarşılaşma Azərbaycan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər qarşılaşması isə Özbəkistan və Qazaxıstan komandaları arasında olacaq.
Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.








