AZ

Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarına inamlı qələbə ilə başlayıb

Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan yarışın açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları üz-üzə gəliblər.

Oyuna başlamazdan əvvəl Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndirilib.

Qarşılaşma Azərbycan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər qarşılaşması isə Özbəkistan və Qazaxıstan komandaları arasında olacaq.

Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Seçilən
9
4
azertag.az

6Mənbələr