EN

ABŞ-də yağışlar daşqına yol açdı - 4 nəfər öldü

ABŞ-nin Arizona ştatında güclü yağışların səbəb olduğu sel və daşqın nəticəsində azı 4 nəfər ölüb. 

Redaktor.az-ın “CBS News”-a istinadən verdiyi xəbər görə, 3 nəfər Qlob şəhərində güclü yağışlar nəticəsində yaranan selin qurbanı olub. 

Daha 1 nəfərin cəsədi Finiksin ətrafında suya düşən avtomobilin yaxınlığında aşkarlanıb.

Daşqın zamanı yüzlərlə propan balonunun su altında qalması təhlükəli vəziyyət yaradıb.

Chosen
19
5
redaktor.az

6Sources