EN

Rusiya Zaporojyeni də vurdu: 31 yaralı...

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Zaporojye şəhərinə endirdiyi güclü zərbələr nəticəsində azı 31 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov öz Teleqram kanalında yazıb.

”İki oğlan uşağı ağır vəziyyətdədir - biri mina partlaması nəticəsində, digəri isə karbon qazından zəhərlənmə səbəbilə xəstəxanaya yerləşdirilib. 9 yaşlı qızın da vəziyyəti orta ağırdır. Hazırda onun da müayinəsi davam edir”, - Fedorov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
4
axar.az

5Sources