EN

Sandu: “Rusiya Moldovanı Ukraynaya və Aİ-yə qarşı bazaya çevirmək istəyir”

Bu gün Moldovada parlament seçkiləri keçirilir. Prezident Maya Sandu səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlama verib.

Musavat.com-un məlumatına görə Sandu bildirib ki, Moskva bu seçkilərə böyük resurslar ayırıb və bunun səbəbi yalnız Moldova ilə bağlı deyil:

"Mən səsimi elə bir parlament üçün verdim ki, ölkəmizdə sülhü qorusun, Moldova vətəndaşlarına hörmət etsin, Avropa yolumuzu davam etdirsin. Moskvanın maraqları çox böyükdür, çünki söhbət yalnız bizdən deyil - Ukraynadakı müharibədən də gedir".

Onun sözlərinə görə, Kremlin əsas məqsədi Kişinyovda hakimiyyəti ələ keçirməkdir. Sandu iddia edib ki, Moskva bu yolla Moldovanı Ukraynaya və Avropa İttifaqının bəzi dövlətlərinə qarşı təzyiq vasitəsinə çevirmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
1
olaylar.az

2Sources