EN

ABŞ-də atışma: 3 ölü » AzadMedia.az


ABŞ-nin Şimali Karolina ştatının Sautport şəhərində atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə WECT telekanalı məlumat yayıb.

Məlumata görə, insident şənbə günü yerli vaxtla saat 22:00 radələrində (Bakı vaxtı ilə bazar günü saat 06:00) şəhərdəki yaxta dayanacağında baş verib.

Hadisənin səbəbi ilə bağlı heç bir məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanı törətməkdə şübhəli bilinən şəxsi dindirir.
Chosen
26
12
azadmedia.az

10Sources