Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa dəvəti qüvvədə qalır, bundan sonra Amerika tərəfi öz qərarlarını verməlidir.
Bu barədə "TASS"a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dəvətin qüvvədə qalıb-qalmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
"Bu daimi dəvətdir. Putin prezident Trampla görüşməyə hazırdır və buna görə şad olardı. Hər şey Trampın qərarından asılıdır", - Kreml sözçüsü bildirib.
Avqust ayında Ankoricdə Trampla danışıqlardan sonra Putin növbəti görüşün Moskvada keçirilməsini təklif edib. Amerika lideri bunu mümkün saysa da, buna görə tənqid olunacağını etiraf edib.
“Cebheinfo.az”