EN

10 ay maaş ala bilməyən baş məşqçi Azərbaycana qayıda biləcəkmi?

«Keşlə»nin (indiki «Şamaxı») sabiq baş məşqçisi Yuri Maksimov yenidən Azərbaycana qayıda bilər.

Ötən həftə Adil Şükürovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən «Kəpəz» rəhbərliyi ukraynalı mütəxəssislə əlaqə saxlayıb.

Ona ölkəmizə dönmək təklif olunub.

56 yaşlı çalışdırıcı bu dəvəti maraqla qarşılayıb. Sadəcə, müharibə şəraitinə görə Ukraynanı tərk etməyin çətinliyininə diqqət çəkib.

Rusiyanın hərbi təcavüzü nəticəsində yaşı 60-dək olanların ölkədən çıxışına icazə verilmədiyindən, Maksimov bir qədər tərəddüd içində qalıb.

Yerli dövlət qurumlarından onun xaricə getməsinə izn alması bir qədər sual altındadır. Hər halda Kiyev «Dinamo»sunun tanınmış siması hökümət orqanlarına müraciət edərək, şansını yoxlamaq niyyətindədir.

O, son olaraq “Vorskla”da işləyib. İyunda oradan ayırıb. Buna səbəb komandanın Ukrayna yüksək liqasında qala bilməməsi olub. “Vorskla” pley-off mərhələsində məğlub olaraq, birinci liqaya düşüb.

Bu üzdən Maksimov komandadan ayrılmaq qərarına gəlib. Çalışdırıcı hətta komandanı elitada saxlasaydı belə, “Vorskla”da qalmayacaqdı. Çünki klub ciddi maliyyə problemi yaşayır və UEFA tərəfindən transfer qadağası qoyulub.

“Vorskla”da 10 ay maaş ala bilməyən Yuri Maksimov 2017-2018 mövsümündə ölkəmizdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. Komanda onun rəhbərliyi altında ölkə kubokunu qazanıb.

SPORTİNFO.AZ

Chosen
33
sportinfo.az

1Sources