EN

Napoleon səhv etdi, Hitler onu təkrarladı Maraqlı açıqlama

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Fransa imperatoru Napoleon Bonapartın 1812-ci ildə məğlubiyyətinin əsas səbəbi yoluxucu xəstəliklər olub”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Hərbi Tibb Muzeyinin direktor müavini Dmitri Juravlev deyib.

“Fransadakı kütləvi məzarların DNT analizi zamanı paratif və residiv qızdırma izləri aşkarlanıb. Onların xəstəxanaları zəif təşkil edilib və çox vaxt zəruri tibbi ləvazimatlardan məhrum olublar. Lakin Rusiya ordusu əsgərləri üçün məcburi tibbi müayinələr və ciddi gigiyena standartları tətbiq edib. Fikrimcə, bizdən fərqli olaraq fransızlar əsgərlərin yaşayış şəraitinə məhəl qoymayıblar. 100 ildən çox keçəndən sonra Adolf Hitler və alman ordusu da Napoleonun səhvini təkrarlayıb”, – deyə o bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
globalinfo.az

1Sources