Türkiyədə 5,4 maqnitudalı zəlzələ baş verib.
Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 12:59 radələrində baş verən zəlzələnin ocağı Kütahyanın Simav rayonunda, 8,4 km dərinlikdə yerləşib.