EN

Rusiyalı idmançı: "Azərbaycanda olmaq çox gözəl hissdir"

“Azərbaycanda olmaq çox gözəl hissdir".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında III MDB Oyunlarında qızıl medal qazanan Rusiya üzgüçüsü Maria Lakovleva deyib.

O, fəxri kürsünün ən yüksək pilləsinə qalmağın sevindirici olduğunu deyib:
 

"Qazandığım nəticə mənim üçün beynəlxalq yarışlarda böyük təcrübədir. Çox məmnunam ki, buraya dəvət almışam. Hovuz yenidir və üzmək çox rahatdır. Yarış barədə təəssüratlarım yaxşıdır, atmosfer gözəldir. Mən Azərbaycanda birinci dəfədir ki, gəlirəm, çox gözəl ölkədir".


Qeyd edək ki, Maria Lakovleva qadınların 200 metr məsafəyə bras üslubu üzrə yarışında birinci yeri tutub. (Report.az)

Bizim.Media

Chosen
40
5
bizim.media

10Sources