EN

Azərbaycan millisi III MDB Oyunlarına inamlı qələbə ilə başladı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışları start götürüb.

Fanat.Az xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan yarışın açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları üz-üzə gəliblər.

Oyuna başlamazdan əvvəl Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.

Qarşılaşma Azərbaycan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər qarşılaşması isə Özbəkistan və Qazaxıstan komandaları arasında olacaq.

Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Chosen
31
fanat.az

1Sources