EN

Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq

Bakı. Trend:

Azərbaycan UNESCO-nun 29 sentyabr – 1 oktyabr tarixlərindəBarselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlıİnkişaf Konfransında (MONDIACULT-2025) təmsil olunacaq. Tədbirdəölkəmizi mədəniyyət naziri Adil Kərimli başda olmaqla, Azərbaycannümayəndə heyəti təmsil edəcək.

Trend xəbər verirki, MONDIACULT-2025 çərçivəsində sentyabrın 28-də Barselonada“Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək SəviyyəliNazirlər Dialoqu” keçiriləcək. Bu dialoq mədəniyyət sahəsininqlobal iqlim gündəliyinə inteqrasiyasını təşviq etməklə, dayanıqlıgələcək naminə yeni yanaşmaların müzakirəsinə imkan yaradacaq.

MONDIACULT UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən etibarənkeçirilən və dünyada mədəniyyət siyasətləri üzrə ən genişmiqyaslıhökumətlərarası platforma kimi tanınır. Bu ilki konfransmədəniyyətin qlobal miqyasda inkişafın əsas dayaqlarından biri kimitanınmasını, həmçinin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəmədəniyyətin ayrıca məqsəd kimi təsbit edilməsini hədəfləyir.

Tədbir çərçivəsində “Mədəni hüquqlar”, “Rəqəmsal texnologiyalarvə mədəniyyət”, “Təhsil və mədəniyyət”, “Mədəniyyət iqtisadiyyatı”,“İqlim və mədəniyyət”, “İrs, mədəniyyət və böhran” kimi mövzularmüzakirə olunacaq. Konfrans yüzlərlə ölkəni, beynəlxalqtəşkilatları, mədəniyyət sahəsinin ekspertlərini və vətəndaşcəmiyyətini bir araya gətirərək, qarşılıqlı təcrübə və ideyamübadiləsi üçün unikal qlobal platforma rolunu oynayacaq.

Chosen
29
13
az.trend.az

10Sources