Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarının yarımfinalında mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, Mərziyə Nurmətova və Onur Quluzadədən ibarət komanda qoşa yarışlarda Rusiya ilə üz-üzə gəlib.
Azərbaycan təmsilçiləri bu görüşdə rəqiblərinə 1:3 hesabı ilə məğlub olub.
Stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.