Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 12.59 radələrində baş verən zəlzələnin ocağı Kütahyanın Simav rayonunda 8,4 km dərinlikdə olub.
***
saat 14.06
Yerli vaxtla saat 13.00 radələrində Türkiyədə güclü zəlzələ olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, zəlzələ İstanbul, İzmir və Bursada hiss edilib.
Zəlzələnin ocağının Kütahyada olduğu bildirilir.