"Real Madrid"in müdafiəçisi Daniel Karvahal uzun müddətə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, cinah oyunçusunun sağ ayağının əzələsində zədə aşkarlanıb.
Diaqnozun nəticəsini Madrid klubu rəsmi saytı vasitəsilə açıqlanıb. 33 yaşlı futbolçunun 4 həftə oynamayacağı gözlənilir.
Ötən ilin oktyabrında çarpaz bağları qopan ispan müdafiəçi bu ilin mayında yaşıl meydana qayıda bilib.
Karvahal bu mövsüm bütün yarışlarda 7 matçda meydana çıxıb. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" onun bazar dəyərini 8 milyon avro qiymətləndirir.
MiraÄŸa