EN

Zəlzələylə əlaqədar İstanbulun Sabiha Gökçen Hava Limanında uçuşlara fasilə verilib

Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələdən sonra İstanbulun Sabiha Gökçen Hava Limanında təhlükəsizlik məqsədilə operativ tədbirlər görülüb.

Hava hərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib.

Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib.

Chosen
24
18
aznews.az

10Sources