EN

Paşinyanın BMT-dən bəyanı diqqət çəkdi - Kreml buna qəzəblənəcək

“Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının tribunasından bəyan edib ki, bu ilin mart ayında qəbul edilmiş “Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq haqqında” qanun ölkə üçün böyük əhəmiyyət daşıyır”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants deyib.

Onun sözlərinə görə, əslində bu qanun bir neçə baxımdan zəif və həssasdır: Dördpendirli pizza

“Birincisi, Aİ standartlarına uyğunlaşmaq üçün heç bir qanun tələb olunmurdu. Konkret islahatlar aparmaq kifayət edərdi – müstəqil məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə, rəqabətli iqtisadiyyat. Paşinyanın istinad etdiyi qanun Aİ standartlarına uyğunlaşma aləti deyil, əksinə Rusiya ilə münasibətləri korlamaq və ölkənin strateji istiqamətini dəyişmək üçün siyasi bəyanatdır.

İkincisi, Brüsseldən heç bir siqnal olmayıb. Aİ rəsmi olaraq heç vaxt Ermənistanla üzvlük prosesinə başlamağa hazır olduğunu bildirməyib. Belə çıxır ki, Ermənistan birtərəfli şəkildə bir qanun qəbul edir. Bu da heç bir real nəticə vermir, amma ölkənin xarici siyasətində qeyri-müəyyənliyi dərinləşdirir”.

Politoloq qeyd edib ki, sözügedən addım Ermənistanı gücləndirmir, əksinə daha da zəiflədir:

“Bu, Rusiya ilə münasibətlərdə yeni bir böhran yaradır, lakin Avropa İttifaqının hər hansı real addım atacağına dair heç bir təminat yoxdur. Paşinyan üçün Avropaya inteqrasiya sadəcə təbliğat vurğusudur, real dövlət strategiyası deyil. Ermənistan üçün isə bu, yalnız yanlış istiqamət seçimi və düşünülməmiş addım deyil, həm də ölkəni yeni risklər qarşısında qoyan açıq-aşkar macəraçılıqdır”.


Telegram kanalımız
Chosen
19
3
yenisabah.az

5Sources