"Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Qələbəyə layiq idik".
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 6-cı turunda "Kəpəz"lə oyundan (3:0) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
- İbrahima Vadjinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?
- Xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.
- Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısınız?
- Digər komandalar kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.
- Bu gün Faiq Hacıyev sağ cinahda, Xorxe Silva oynadı, yaxşı da performans göstərdi. Faiqi qarşıdakı turlarda ehtiyat heyətində görə bilərik?
- Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha, hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq. (sportal.az)