AZ

"Ciddi səhv etmədən oynadılar" - Kurban Berdıyev

style='margin-bottom:10px;'>

"Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Qələbəyə layiq idik".

QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 6-cı turunda "Kəpəz"lə oyundan (3:0) sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb:

- İbrahima Vadjinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?

- Xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.

- Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısınız?

- Digər komandalar kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.

- Bu gün Faiq Hacıyev sağ cinahda, Xorxe Silva oynadı, yaxşı da performans göstərdi. Faiqi qarşıdakı turlarda ehtiyat heyətində görə bilərik?

- Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha, hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq. (sportal.az)

Seçilən
16
9
teleqraf.com

10Mənbələr