ain.az, Axar.az portalına istinadən məlumat verir.
Ruslar insanları öldürməyə davam etməklə Ukrayna ilə sülhün əldə olunmasında maraqlı olmadıqlarını nümayiş etdirirlər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
"Soruşursunuz ki, nə dəyişib?Rusların praktiki olaraq heç bir nəticə əldə etmədən çoxlu insanı öldürdüyü və itki verdiyi yerdə reallıq dəyişdi", - o bildirib.
Vensin sözlərinə görə, ruslar Ukraynaya qarşı müharibədə yalnız kiçik uğurlar əldə ediblər, lakin çoxlu sayda insan itiriblər. O, ABŞ-ın sülhə nail olmağa çalışdığını, lakin Rusiyanın müharibənin həllinə mane olduğunu vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.