Misli Premyer Liqasının 6-cı turunda keçirilən "Sabah" - "Sumqayıt" oyunu zamanı stadionun projektorunda problem yaranıb.
QOL.az xəbər verir ki, görüşün 29-cu dəqiqəsində "Bank Respublika Arena"da işıqlar sönüb.
Bu səbəbdən də matç hazırda dayandırılıb. Sözügedən dəqiqəyə qədər görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlirdi.