EN

Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb

Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu "Lapua" Avropa Kubokunda Azərbaycan idmançısı Ruslan Lunev uğurlu çıxış edib.
 
Moderator.az xəbər verir ki, Lunev 25 metr məsafəyə atəş üzrə yarışda birinci yeri tutub.
 
O, ardıcıl və dəqiq atışlarla 574 xalla (14x) bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.

Chosen
50
21
moderator.az

10Sources