Bakı. Trend:
ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərində yerləşən kilsədəatışma baş verib.
Trend CNN-əistinadən xəbər verir ki, insident nəticəsində bir neçə nəfərxəsarət alıb. Atəş açan şəxs isə hüquq-mühafizə orqanlarıtərəfindən zərərsizləşdirilib.
Hadisədən sonra kilsəni alov bürüyüb. Yerli hakimiyyət orqanlarıəhalini təhlükəsizlik məqsədilə hadisə baş verən ərazidən uzaqdurmağa çağırıb.
Hazırda hücumun nəticələrinin aradan qaldırılması istiqamətindəişlər davam etdirilir.