BAKI, TurkicWorld, Nailə Babazadə
ABŞ-ın Miçiqan ştatında yerləşən kilsədə silahlı hücum baş verib. Hadisə nəticəsində çox sayda insanın yaralandığı bildirilib.
TurkicWorld xəbər verir ki, Detroit şəhərinin şimal-qərbində yerləşən kiçik yaşayış məntəqəsi olan Grand Blancda kilsəyə silahlı hücum təşkil olunub.
Polis Departamenti hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
“Hazırda əhali üçün təhlükə yoxdur, lakin kilsə yanır. İnsanlar ərazidən uzaq durmalıdır.” - deyə məlumatda qeyd edilib.
Rəsmilər hadisə ilə bağlı istintaqın davam etdiyini bildiriblər.