EN

ABŞ-da kilsədə atışma olub

Vaşinqton, 28 sentyabr, AZƏRTAC

ABŞ-da Miçiqan ştatının Qrand Blank şəhərində kilsədə atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs daha sonra kilsəni yandırıb. Qurbanların sayının artacağı istisna edilmir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polislər tərəfindən zərərsizləşdirilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
34
3
azertag.az

10Sources