ABŞ-də Miçiqan ştatının Qrand Blank şəhərində kilsədə atışma baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Hadisəni törədən şəxs daha sonra kilsəni yandırıb. Qurbanların sayının artacağı istisna edilmir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polislər tərəfindən zərərsizləşdirilib.
"Cebheinfo.az"