EN

Valdas Dambrauskas Əliyar Ağayev haqda: "Məqsədi və niyyəti nə idi, bilmirəm"

"Bu oyun barəsində nə deyə bilərəm? Bu görüşlə bağlı yalnız bir adam haqda danışa bilərik. Bu gün meydançada bir adamın şousu var idi. Diqqətlə baxmısızsa, oyundan sonra müsahibələrimdə heç vaxt hakimlər haqda danışmamışam. Peşəkar karyeramda 400-dən çox oyunum var. Balkan ölkələrində, Yunanıstanda işləmişəm. Yunanıstanda kiçik klublar yuxarı pillələrdə yerləşən top komandalarla mübarizə apardığı zaman 3-4 saat hakimlik haqda danışa bilərsiz. Kiprdə məşqçilik etmişəm, amma bu qədər hörmətsizlik heç yerdə görməmişəm. Bunu şərh və izah etmək çox çətindir. Əgər liqanızın inkişaf etməsini istəyirsizsə...Bu liqada inventisiya qoyan, əlindən gələn hər şeyi edən rəhbərliklər var, onlar bunları gördükdən sonra deyirlər ki, nəyə görə yatırım edim? Bu gün hakimin məqsədi, niyyəti nə idi, deyə bilmərəm. Amma bu gün bir adam var idi və hər şeyi bərbad etdi".

Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 6-cı turunun "Sumqayıt"la(1:1) görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib. Litvalı məşqçi oyunun baş hakimi Əliyar Ağayevin işini tənqid edib.

O, "Sabah"ın vurduğu və VAR-ın ləğv etdiyi 2-ci qol barədə isə bunları deyib:

"VAR nəyə lazımdır? Ləğv edilmiş 2-ci qolumuzda oyunçumuz topa oynayır. Rəqibin hücumçu isə futbolçumuza təmas edir. Orada cərimə zərbəsindən söhbət gedə bilməz. Əgər hakimlər belə səhvlər edəcəklərsə, artıq hakimliyi buraxmaq lazımdır. Belə etmək olmaz. Ancaq qarşıdakı həftə yenə işləyəcəklər. Onlar yenə də maaşlarını alacaqlar".

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
24
9
sportal.az

10Sources