EN

Türkiyə kəşfiyyatı Suriyada 8 İŞİD-çini məhv edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatın məqsədi daha əvvəl Türkiyə vətəndaşı Binali Aslanı qətlə yetirən 14 nəfərlik İŞİD qruplaşmasını məsuliyyətə cəlb etmək olub.

Suriya Daxili Təhlükəsizlik Xidməti ilə koordinasiyalı şəkildə keçirlən əməliyyatda şübhəlilərdən 8-i ölüb, 2-si yaralanıb, 4-ü isə sağ olaraq ələ keçirilib.

Chosen
9
2
konkret.az

3Sources