EN

NATO Baltik dənizində hazırlığı gücləndirir

NATO pilotsuz uçuş aparatları ilə bağlı Danimarkada qeydə alınmış insidentlərdən sonra Baltik dənizində mövcudluğunu gücləndirdiyini açıqlayıb.

 

Modern.az  “Reuters”É™ istinadla xÉ™bÉ™r verir ki, regiona hava hücumundan müdafiÉ™ sistemi ilÉ™ tÉ™chiz olunmuÅŸ bir freqat, hÉ™mçinin É™lavÉ™ kəşfiyyat, müşahidÉ™ vÉ™ patrul vasitÉ™lÉ™ri göndÉ™rilÉ™cÉ™k.

 

Hazırlığın artırılması həftənin əvvəlində baş vermiş hadisələrlə bağlıdır. Bir neçə iri dron Kopenhagen üzərindəki hava məkanında müşahidə olunmuş və bu, Şimali Avropanın ən böyük hava limanının bir neçə saatlıq bağlanmasına səbəb olmuşdu.

 

Analitiklərin fikrincə, NATO-nun atdığı addımlar həm qətiyyət nümayiş etdirmək, həm də dronlarla mübarizənin praktiki yollarını tapmaq məqsədi daşıyır.

Chosen
8
3
modern.az

6Sources