EN

Bakıdan sonra bu yarışda da qələbə qazandı: Ferstappenin karyerasında ilk

Formula-1 pilotu Maks Ferstappen GT3 yarışında ilk qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, o, Nürburqrinq Nordşlayfə trekində keçirilən yarışda finişə birinci çatıb.

Niderlandlı sürücü “Ferrari 293 GT3”-ü idarə edib və start xəttinə üçüncü yerdən çıxmasına baxmayaraq dərhal liderliyi ələ alıb. Daha sonra o, estafeti Kris Lulqema ötürüb və bu anadək rəqiblərini təxminən bir dəqiqə qabaqlayırdı.

Britaniyalı pilot üstünlüyü qoruyaraq yarışı ikinci yer sahibindən 24 saniyə fərqlə öndə başa vurub.

Chosen
26
publika.az

1Sources