EN

Danimarka Rusiyadan şübhələnir

Danimarka

Danimarka dövləti mülki dron uçuşlarını müvəqqəti qadağan edib. Bu qadağa 29 sentyabrdan 3 oktyabra qədər qüvvədə olacaq.

Reyting.az
xəbər verir ki, dövlət rəsmilərinin açıqlamalarına görə, yeni qadağa həmçinin ölkədə keçiriləcək Avropa İttifaqı sammiti ilə bağlı xüsusi təhlükəsizlik tədbiri kimi tətbiq edilib.

Danimarka Nəqliyyat Nazirliyi bildirib ki, son günlər naməlum dronlar səbəbindən dəfələrlə hava limanlarının işi dayanmalı olub. Ölkə rəsmiləri bu cür halları "hibrid müharibə" adlandırıb və eyni zamanda qeyd ediblər ki, baş verənlərdə Rusiyanın iştirakı barədə çox böyük şübhələr olsa da, hələ onların əllərində təkzibedilməz dəlillər, sübutlar yoxdur.

Oqtay QORÇU
Chosen
8
1
reyting.az

2Sources