ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyanın dərinliklərindəki ərazilərə zərbələr endirmək icazəsi verib.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq Fox News telekanalına müsahibəsində deyib. O, qeyd edib ki, bu qərar Tramp administrasiyasının nümayəndələri tərəfindən də dəstəklənir.
“ABŞ prezidentinin Ukraynanın Rusiyanı uzaqmənzilli silahlarla vura biləcəyinə inanırmı” sualına Kelloq cavab vedbi ki, buna prezident icazə verib: "Düşünürəm ki, onun dediklərini, eləcə də vitse-prezident Vens və katib Rubionun dediklərini oxuduqdan sonra cavab bəli olacaq. Uzaq məsafədən zərbə vurmaq qabiliyyətindən istifadə edin. Təhlükəsiz limanlar yoxdur".
Eyni zamanda o qeyd edib ki, bəzən Pentaqon Ukraynaya belə zərbələr endirmək icazəsi verməkdən imtina edib.
Musavat.com