EN

Paşinyan üç gün Strasburqda olacaq

Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında iştirak etdiyi Nyu-Yorkdan Strasburqa üç günlük səfərə yola düşəcək.

Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

“Paşinyan Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün sentyabrın 28-30-da Strasburqa işgüzar səfər edəcək”, - məlumatda deyilir.

Səfər çərçivəsində Paşinyanın AŞPA sədri Teodor Russopulos, Avropa Şurasının baş katibi Alen Berse, Avropa İnsan Haqları Məhkəməsinin sədri Matias Qiyom və Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl OFlerti ilə görüşləri nəzərdə tutulub.

“Sentyabrın 30-da Paşinyan AŞPA-nın dördüncü sessiyasının plenar iclasında çıxış edəcək”, - mətbuat xidməti qeyd edib.
Chosen
16
1
sherg.az

4Sources