EN

İranda MOSSAD la əməkdaşlıqda təqsirli bilinən şəxs edam olunub

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda İsrailin Xarici Kəşfiyyat İdarəsinə (MOSSAD) casusluqda təqsirli bilinən Bəhmən Şubiəsl sentyabrın 29-da səhər saatlarında edam olunub.

"Report" xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, o, telekommunikasiya məsələləri üzrə məlumatları İsrailə ötürməkdə təqsirli bilinib.

Qeyd edək ki, ötən gün İranın məhkəmə orqanları Kərəcdə MOSSAD və Xalq Mücahidələri Təşkilatı ("Sazimane-Mücahidin-e Xəlq") ilə əlaqəli olduğu iddia edilən "casus şəbəkəsi"nin işi üzrə təqsirli bilinən iki nəfərin edam cəzasına məhkum edildiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

1Sources