EN

İsrail vətəndaşları İran kəşfiyyatından zənglər alıblar

CNN-in polisə istinadla verdiyi məlumata görə, yüzlərlə İsrail vətəndaşı İran kəşfiyyat xidməti tərəfindən işə cəlb olunmaq məqsədilə zənglər alıb.

Vətəninfo.az xəbər verir ki, İsrail polisi hesab edir ki, bu zənglər müharibə dövründə cəmiyyət arasında təşviş və narahatlıq yaratmaq məqsədi daşıyır.

Kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, şənbə günü səhər saatlarında “yüzlərlə vətəndaş” naməlum nömrələrdən zəng aldığını bildirib. Zənglərə cavab verən şəxslərə zəng edən adam özünü İran təşkilatının nümayəndəsi kimi təqdim edərək, onlara əməkdaşlıq təklif edib.

İsrailin “Ynet” xəbər portalı iddia edilən bu danışıqlardan birinin səs yazısını yayımlayıb. Səsyazmada metal tembrli bir səsin “İran kəşfiyyatının ixtisaslı agentlər axtardığını” bildirdiyi və “rəqabətə uyğun əməkhaqqı və tam təhlükəsizlik təminatı” təklif etdiyi eşidilir.

Polis bu cəhdlərin İran kəşfiyyat orqanlarının həm İsraildə, həm də xaricdə İsrail vətəndaşlarını işə cəlb etməklə kəşfiyyat məlumatı toplamaq və terror fəaliyyətlərinə zəmin yaratmaq niyyətində olduğunu bildirib.

Chosen
4
veteninfo.az

1Sources