EN

Transmilli cinayətlərin araşdırılması istiqamətində əməkdaşlıq vacibdir Yalçın Rəfiyev

Metbuat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Torpağın deqradasiyasının sürətlə getdiyi bir dövrdə bu tədbirin əhəmiyyəti olduqca böyükdür. Biz, hökumətlər olaraq, siyasi müzakirələri davam etdirməliyik. Əminəm ki, bu prosesdə bizim də mühüm rolumuz var.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 tədbirində söyləyib:

"Hazırda biz cənab Prezidentin yürütdüyü siyasəti icra edirik. Xatırladım ki, BMT-nin Baş Assambleyasında cənab Prezident Xəzər dənizində deqradasiya ilə bağlı vacib fikirlər səsləndirmişdi. Təəssüf ki, gözlənilməz təbii fəlakətlər baş verir və biz belə halların qarşısını almaq üçün çalışmalıyıq. Bizim departament bütün sahələrdə baş verən cinayətlərin istintaqını aparır. Lakin heç bir ölkə bu məsələlərin öhdəsindən təkbaşına gələ bilməz. Buna görə də transmilli cinayətlərin araşdırılması istiqamətində əməkdaşlıq vacibdir. COP29-da qəbul edilən böyük deklarasiyanın əsas məqsədi qanunvericilik bazasının gücləndirilməsi idi. Prokurorluq olaraq biz də öz təcrübəmizi bölüşməyə hazırıq".

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
59
1
metbuat.az

2Sources