EN

“”iPhone17″ növbəsi ölkədəki rifah halının göstəricisi ola bilməz” – Deputat

Xəbər verdiyimiz kimi, Apple-ın sonuncu modeli “iPhone 17” satışa çıxıb. Yeniliyi ilk əldə etmək istəyən gənclər mağazaların qarşısında uzun növbələr yaradıblar. Bu hal gənclərin yeni texnologiyalara marağı ilə yanaşı, onların sosial rifah səviyyəsi barədə də suallar doğurur.
Milli Məclisin deputatı Müşfiq Cəfərov mövzu ilə bağlı AZXEBER.COM-a deyib ki, “iPhone 17 Pro Max”ın qiyməti bütün dünyada müzakirələrə səbəb olub:
“Dünyanın əksər ölkələrində sırf markanın maraqlısı olan insanlar hazırda mağazalarda növbə tutublar. Bu, bizim cəmiyyətdən də yan keçməyib”.
Deputat vurğulayıb ki, bu hal ölkədəki rifah göstəricisi kimi dəyərləndirilə bilməz:
“Sözügedən vəziyyət ölkədəki rifah halın göstəricisi ola bilməz. Çünki elə insanlar var ki, aşağı gəlirli olsa da, sırf bu markanın həvəskarı olduğuna görə pul yığır və ya kredit götürür. Bunlar ağlasığmaz olsa da, reallıqdır”.
M.Cəfərov qeyd edib ki, markaya həddindən artıq maraq insanlara mənfi təsir göstərir:
“Təbii ki, işi texnologiya ilə bağlı olan insanlar üçün bu zəruridir. Amma elə sahələrdə çalışanlar var ki, onlar sadəcə markanın dəyərinə görə cihazı almağa çalışırlar”.
Chosen
8
1
editor.az

2Sources