EN

İllər sonra küsülülük iddiasına son qoydu Foto

ain.az bildirir, Axsham.az portalına istinadən.

Əməkdar artist Mehriban Xanlarova illər sonra ilk dəfə bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə birlikdə foto paylaşıb.

Axşam.az xəbər verir ki, aktrisa bibisinin nəvəsi Zeynəbin toyuna qatılıb. O, foto ilə illərdir haqlarında yayılan küsülülük iddiasına son qoyub. 

“Ailəmizin bu sevincli günündə iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildiririk. Uca Allah bütün subaylara toy sevinci və xoşbəxt ailə həyatı nəsib etsin. Dəyərli sənətkarımız Zeynəb xanımı isə daim ailəsinin və onu sevənlərin duaları ilə qorusun. Amin” deyə, M.Xanlarova bildirib.

Qeyd edək ki, Zeynəb Tamerlan adlı bəylə ailə qurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
8
axsam.az

10Sources