BAKI, 29 sentyabr. TELEQRAF
Ölkənin neft və qaz asılılığını azaltmaq məqsədilə son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dollarına yaxın sərmayə yönəldilib və bunun 210 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunun payına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində deyib:
"2021–2024-cü illərdə qeyri-neft iqtisadiyyatı illik orta hesabla 6,7 % böyüyüb və ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Son 6 ildə qeyri-neft və qaz ixracı 2 dəfə artıb, valyuta ehtiyatlarımız isə tarixi maksimuma çataraq ölkənin ÜDM-i ilə eyni həcmdədir. Azərbaycan artıq kapital idxalçısı deyil, həm də kapital ixracatçısı kimi çıxış edir".