AZ

"Azərbaycan artıq həm də kapital ixracatçısı kimi çıxış edir" - nazir


İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı mühüm faktlar açıqlayıb. Nazir bildirib ki, ölkənin neft və qaz asılılığını azaltmaq məqsədilə son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dollarına yaxın sərmayə yönəldilib və bunun 210 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunun payına düşüb.
SİTAT: "2021–2024-cü illərdə qeyri-neft iqtisadiyyatı illik orta hesabla 6,7 % böyüyüb və ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan artıq kapital idxalçısı deyil, həm də kapital ixracatçısı kimi çıxış edir".

Mətləb Salahov

Seçilən
0
3
baki-xeber.com

6Mənbələr