EN

Pezeşkian: “Sanksiyalar aradan qaldırılarsa, danışıqlara imkan yaranar” 

Vətəninfo.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian NBC telekanalına müsahibədə bildirib ki, ABŞ sülh yolunda irəliləməyə maraqlı deyil və mövcud siyasət bölgəni alova sürükləyə bilər. Onun sözlərinə görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında və NPT çərçivəsində fəaliyyətini davam etdirməyə hazırdır.

Pezeşkian dediklərinə əsasən, kim İrana hücum edərsə, Tehran sarsıdıcı cavab verməyə çalışacaq. O, habelə, Qərbin həmrəylik adı altında ölkələri parçaladığını və insanlığı təhqir etdiyini vurğulayıb.

ABŞ prezidenti Donald Trampın sülh vədlərinə toxunan Pezeşkian deyib ki, bu vədlər praktikada həyata keçirilmədikcə heç nə dəyişməyəcək.

“Yalnız Trampın imzaladığı sərəncamların real şəkildə icra olunduğunu gördükdən sonra Tehran istənilən tərəflə danışıqlara hazır olacaq”, – deyə, İran prezidenti qeyd edib.

Chosen
5
veteninfo.az

1Sources