EN

“Şamaxı” tarixə düşdü

Misli Premyer Liqasının VI turu “Şamaxı” üçün əlamətdar olub.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”la görüş meydan sahibləri üçün ölkə çempionatının yüksək dəstəsində 350-ci ev matçı kimi tarixə düşüb. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan “Şamaxı” öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub.

1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb. Şamaxı təmsilçisi bu görüşlərdə 467 qol vurub, 280-ni buraxıb. Qeyd edək ki, yalnız iki komanda – “Qarabağ”la “Neftçi” daha çox ev oyunu keçirib.

Chosen
30
10
idmanxeber.az

10Sources